Göygöldə qəza olub, xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 07 Aprel 2026 21:30

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info -nun  məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.\\Milli.Az

Gununsesi.info