Çindən İranla bağlı yayılan xəbərlərə reaksiya

  • Müəllif: Firuzə
  • 01 May 2026 22:27

Çin İranla hərbi əməkdaşlıq etmir və bu cür ittihamları rədd edir.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib.

“Çin və İran arasında heç bir hərbi əməkdaşlıq yoxdur və biz bəzi Amerika rəsmilərinin ittihamlarından xəbərdarıq”, – o deyib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ-İsrail hərbi əməliyyatı zamanı İrana müəyyən təchizat tədarük etmək qərarına təəccübləndiyini bildirmişdi.

Gununsesi.info