Bakıda anbardan kombi aparatları oğurladılar, 4 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2026 12:13

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R. Tərlanlı, K. Əsgərov, A. Abışov və N. Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info