Ağsuda oğurluq edən şəxs həbs edildi - VİDEO

  • Müəllif: Firuzə
  • 27 May 2026 10:34

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Gununsesi.info xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Gununsesi.info