Qardaşıgilə qonaq gedən qadın 8-ci mərtəbədən yıxılaraq öldü

  • By Admin2
  • 22 İyun 2026 12:36

Bakı şəhərində bədbəxt hadisə nəticəsində gənc qadın həyatını itirib.

Gununsesi.info xəbər verir ki, hadisə iyunun 20-də Xətai rayonunda qeydə alınıb.

2002-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Quliyeva qonaq getdiyi qardaşı mənzilində olarkən 8-ci mərtəbədə yerləşən evin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info