Fiziki qüsurlu yeniyetmə əlil arabasından yıxılaraq öldü

  • Müəllif: Firuzə
  • 25 İyun 2026 11:30

Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info