Təhsil eksperti, sabiq deputat Etibar Əliyev ADA Universitetinin qurucusu və diplomat Hafiz Paşayev haqqında fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev bildirib ki, Hafiz Paşayev akademik Yuri Moiseyeviç Kaqanın fizika məktəbinin ən istedadlı elmi işçilərindən biri olub, daha sonra isə elmi fəaliyyətini ABŞ-da davam etdirib.
Paylaşımında Hafiz Paşayevin elm adamı haqqında söylədiyi fikirlərə də yer verən Etibar Əliyev bu sözləri xatırladıb:
“Elm adamı özü yetişir; elm adamı heç kəsə fikir vermir; elm adamı heç kəsdən asılı deyil.”
Etibar Əliyevin sözlərinə görə, Hafiz Paşayev məhz bu prinsiplərə sadiq qalaraq əsl elm adamı kimi özünü yetişdirə bilib.
Elmar












