“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU

  • By admin
  • 09 İyul 2026 11:50

Dünən YAP Xaçmaz Rayon Təşkilatının eks sədri Məhəmməd Balaqadaşovun saxlanılması barədə xəbər vermişdik.

Bir neçə saat sonra Məhəmməd Balaqadaşov bu məlumatı şəxsən təkzib etdi. 

Ancaq Gununsesi.info yayılmış bu ziddiyyətli xəbərlə bağlı bir sıra yeni məlumatlar əldə edib.

Bəlli olub ki, yaranmış situasiyaya səbəb MTN-nin İstintaq Baş İdarəsinin sabiq hazırda həbsdə olan sabiq rəisi Mövlam Şıxəliyevin müsadirə olunan əmlakları arasında məşhur “Çoban Bulağı” istirahət mərkəzidir.

Bu istirahət mərkəzinin bir şəriki isə YAP Xaçmaz Təşkilatının sədri Məhəmməd Balaqadaşovun olması barədə hələ Gununsesi.info bir neçə gün əvvəl xəbər yaymışdı. 

Məhkəmə qərarı əsasında müsadirəyə yönləndirilən “Çoban Bulağı”nın şərikli obyekt olması isə məhkəmə qərarının icrası üçün maneə yaradıb.

Bildirilir ki, Məhəmməd Balaqadaşovun ətrafında baş verənlər də bu proseslə bağlıdır.

BUNA DA BAX:

Mövlam Şıxəliyevin məşhur restoranının daha bir şəriki varmış

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Məhəmməd Balaqadaşov isə bildirib ki, həmin istirahət mərkəzi ona aiddir.

“”Çoban Bulağı” mənimdir. Bunu bizim zonada hamı bilir. O vaxt MTN-dəki səlahiyyətlərindən istifadə edən Mövlam Şıxəliyev bu istirahət mərkəzini əlimdən zorla almışdı. Mən də şikayət edirəm. Buranı heç kəsə verəsi deyiləm. Öz zəhmətimin nəticəsində qurulub” deyən Məhəmməd Balaqadaşov əlavə şərh verməkdən imtina edib.

 

Elmar

Gununsesi.info