Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

  • Müəllif: Firuzə
  • 20 İyul 2026 14:47

İyulun 21-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Gununsesi.info