Lavrov sabah Marko Rubio ilə görüşəcək

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 21:19

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də ABŞ Dövlət katibi Marko Rubio ilə görüş keçirəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Filippində ASEAN çərçivəsində keçirilən tədbirlərdən sonra danışıb.

Lavrovun sözlərinə görə, görüş əvvəlcədən razılaşdırılıb. O bildirib ki, ötən gün keçirilən qəbul zamanı Rubio ilə qısa söhbət edib və görüşün iyulun 23-də günün birinci yarısında baş tutacağı təsdiqlənib.

Nazir əlavə edib ki, görüşdən sonra əldə olunan nəticələr və təəssüratlar barədə ictimaiyyətə məlumat verməyə çalışacaqlar.

Gununsesi.info