Qara dənizdə “Mukhtar Gasımlı” gəmisinə dron hücumu

  • Müəllif: Firuzə
  • 23 İyul 2026 10:38

Qara dənizdə hərəkətdə olan “Mukhtar Gasımlı” adlı quru yük gəmisi pilotsuz uçuş aparatı (dron) tərəfindən hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəkstək” İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, Qvineya-Bissau bayrağı altında üzən və “MG Shipping 1” şirkətinə məxsus “Mukhtar Gasımlı” ümumi yük gəmisi Türkiyənin Samsun limanı yaxınlığındakı lövbər yerindən Rusiya Federasiyasının Rostov-na-Don limanına doğru hərəkətdə olarkən hücuma məruz qalıb.

Hücum zamanı itki və ya xəsarət alan olmayıb, heyət üzvlərinin təhlükəsizliyi təmin edilib.

Hadisədən sonra marşrutunu dəyişən quru yük gəmisi artıq Türkiyənin Sinop limanına çatıb və lövbər salıb.

Gununsesi.info