Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.
Nazirlikdən Gununsesi.info-ya verilən xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.











