Son vaxtlar ətrafımıza baxanda bir şey daha çox diqqət çəkir ki, gənclər əvvəlki kimi daha ünsiyyət qurmurlar. Ümumiyyətlə ünsiyyət qurmaq belə istmirlər.
Dostlarla görüşmək, uzun söhbətlər etmək, bir yerdə vaxt keçirmək getdikcə azalır. Bir çox gənc boş vaxtını telefonda və ya komputer arxasında keçirməyə üstünlük verir.
Əslində telefon və sosial şəbəkələr həyatımızı asanlaşdırıb. Amma bəzən bizi bir-birimizdən də uzaqlaşdırır. Eyni otaqda oturan insanlar belə bir-biri ilə danışmaq əvəzinə telefonlarına baxırlar.
Bəzi gənclər isə ümumiyyətlə insanlarla ünsiyyətdən qaçırlar. Özlərini daha rahat tək hiss edirlər. Buna assosial davranış demək olar. Amma bunun səbəbini yalnız gənclərdə axtarmaq düzgün deyil.
Bəlkə də onları kifayət qədər dinləmirik, fikirlərinə əhəmiyyət vermirik. Bəlkə də gündəlik qayğılar və həyatın sürəti onları yorur. Gəncləri qınamaq əvəzinə, onlara yaxınlaşmaq və söhbət etmək lazımdır.
Çünki insan canlı ünsiyyətə ehtiyac duyur. Gənclərin cəmiyyətdən uzaqlaşması təkcə onların deyil, hamımızın düşünməli olduğu məsələdir.
İlhamə












