Beyləqanda bir nəfər kanalda batdı

  • Müəllif: Firuzə
  • 16 Avqust 2026 11:41

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Gununsesi.info