Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 12:41
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

Gununsesi.info Bakupost-a istinadla xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Hadisə ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

BakuPostBakuPost

Gununsesi.info