Dünən Bakı Apellyasiya Məhkəməsində “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının rəhbəri Rüfət Səfərovun məhkəmə prosesi keçirilməli idi.
Gununsesi.info xəbər verir ki, lakin iclas baş tutmayıb və məhkəmə prosesi təxirə salınıb.
Yaxınlarının saytımıza verdiyi açıqlamada bildirilir ki, Rüfət Səfərovun növbəti məhkəmə prosesi 24 avqust saat 10:30-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2, 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, barəsində çıxarılan bu qərarları rədd edir.












