60 yaşlı Salmanın gizli saxladığı ad günü məclisindən - Video

  • Müəllif: Orxan
  • 05 Sentyabr 2026 11:40

Məşhur Hollivud ulduzu Salma Hayek 60 yaşını qeyd edib.

Gununsesi.info xəbər verir ki, aktrisa doğum gününü 3 gün əvvəl İtaliyanın paytaxtı Romada keçirib.

Ulduz yubiley tədbirini qapalı saxlamağa çalışsa da, sosial şəbəkələrdə mərasimdən bəzi görüntülər paylaşılıb.

Görüntülərdən birini onun yaxın dostlarından olan rejissor Alfonso Kuaronun qızı və Hayekin xaç qızı Bu Kuaron ictimailəşdirib.

Paylaşılan görüntülərdən birində Salma Hayek qarşısında böyük ad günü tortu ilə görünür. Videoda ətrafdakıların ənənəvi meksika ad günü mərasiminin bir hissəsi olan “Mordida” deyə səsləndikləri də eşidilir.

Qeyd edək ki, 1966-cı ildə Meksikanın Koatzakoalkos şəhərində anadan olub. Hayekin karyerasında ən mühüm rollardan biri 2002-ci ildə ekranlaşdırılan “Frida” filmində rəssam Frida Kahlonu canlandırması olub. Bu obraz aktrisaya “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” qazandırıb və onun karyerasının ən böyük uğurlarından birinə çevrilib.

Salma Hayek 2009-cu ildən fransız milyarder və “Kering” şirkətinin rəhbəri Fransua-Anri Pino ilə evlidir. Cütlüyün münasibəti 2006-cı ildə başlayıb, 2007-ci ildə isə qızları Valentina Paloma dünyaya gəlib.

Aktrisa eyni zamanda həyat yoldaşının əvvəlki münasibətlərindən olan üç övladının, Matild, Fransua və Avqustin Ceymsin ögey anasıdır.