Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüş mümkün deyil.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-nin sualına cavab olaraq bildirib.
“Bu, mümkün deyil”, – deyə Peskov vurğulayıb. O, iki prezident arasında görüşün Rusiya paytaxtında keçirilə biləcəyi ilə bağlı Moskvanın mövqeyini bir daha təkrarlayıb.
Sentyabrın 8-də Peskov, həmçinin bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır, lakin bu məsələ Kiyev hakimiyyətindən asılıdır.










