Bakının azadlığının 108-ci ildönümü: Şəhidlər xiyabanı ziyarət olunub

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2026 11:02

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsi ziyarət olunub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, hərbi attaşeliyi, müşavirlər, eləcə də aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Məlumata görə, səfir Birol Akgün abidələrə əklil qoyub, şəhid məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüb və Şəhidlik kitabını imzalayıb.

Bakının azad edilməsinin 108-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub

Bakının azad edilməsinin 108-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub

Gununsesi.info