Zakir Həsənov Belaruslu həmkarı ilə görüşdü - FOTO

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2026 20:00

13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Müdafiə Naziriliyindən məlumat verilib.

Görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Gununsesi.info