Rusiyanın hərəkətləri NATO-nu Ukraynanı dəstəkləmək üçün daha böyük tədbirlər görməyə məcbur edir.
Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Böyük Britaniyaya səfəri zamanı bildirib.
Çıxış onun sosial media səhifəsində dərc edilib.
Rutte bildirib ki, “Birlikdə bütün Alyansı istənilən təhdiddən qorumaq üçün imkanlarımızı gücləndirmək üçün hər şeyi edəcəyik. NATO Rusiyanın düşmənçilik kampaniyasından qorxmayacaq. Rusiya bizim Ukraynaya kömək etməyimizi dayandırmağımızı istəyir. Lakin bu, bizi yalnız Ukrayna üçün daha çox iş görməyə vadar edəcək”.
O, hərbi blokun Ukraynanın “güclü qalmasına və sülhə nail olmasına” kömək etməyə davam edəcəyinə əminlik bildirdi.
Maqsud












