Bakıda kişi sirkə turşusundan zəhərlənərək öldü

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2026 15:44

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb.

Araşdırma aparılır.

Gununsesi.info