İtkin düşmüş 8 nəfər ötən gün tapılıb.
Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.












