Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

  • Müəllif: Orxan
  • 13 Oktyabr 2026 10:45

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasına diqqət yetirilməli olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, Paşinyan bunu sosial şəbəkələrdə paylaşdığı videomüraciətində deyib.

“Bu baş verdikdən (müqavilə imzalandıqdan – red.) sonra Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoyduğumuzu deyə biləcəyik”, – baş nazir vurğulayıb.

Paşinyan müqavilənin imzalanması məsələsini dünən səsləndirdiyi “İlk dəfədir ki, tarixi təkrarlamır, onu yaradırıq” fikri ilə əlaqələndirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində paraflanıb. Hazırda tərəflər sənədin imzalanması və ratifikasiyası, həmçinin sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işi davam etdirirlər.

Gununsesi.info