ABŞ-ın birinci xanımı Melaniya Trampın Ukraynadakı diplomatik səyləri hələ başa çatmayıb.
Gununsesi.info-nun xəbərinə görə, Melaniya Trampın baş müşaviri Mark Bekman bildirib ki, Xerson bölgəsindəki Oleşkidə humanitar atəşkəs üçün aparılan danışıqlar zamanı ABŞ-ın birinci xanımı Rusiya və Ukraynanın etimadını qazanıb və onlara “eksklüziv vasitəçi” kimi çıxış etmək imkanı verilib.
Bekman kanala verdiyi müsahibədə bildirib ki, “Birinci xanımın Rusiya və Ukrayna ilə əlaqələri zamanla çox yaxın olub. Aralarında böyük bir etimad var və onlar böyük uğurlar qazanıblar”.
Maqsud












