Azərbaycan XİN Gürcüstandakı partlayışla bağlı başsağlığı verdi

  • Müəllif: Firuzə
  • 19 Noyabr 2026 21:40

Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.

Gununesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.

Gununesi.info