Bir sıra nazirlər YAP-a üzv qəbul edilib – SİYAHI

  • Müəllif: Orxan
  • 20 Noyabr 2026 13:35

Uzun illər Azərbaycanda dövlət idarəçiliyində yüksək vəzifə tutmaq, demək olar ki, hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzvlüklə müşayiət olunurdu. Dövlət qurumlarında çalışan şəxslərin hakim partiyaya üzvlüyü bir növ yazılmamış qaydaya çevrilmişdi.

Lakin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra bu ənənənin əvvəlki təsirini itirdiyi müşahidə olundu.

Xüsusilə son illərdə Avropa və ABŞ-da təhsil alaraq ölkəyə qayıdan gənc kadrların YAP üzvlüyü olmadan yüksək dövlət vəzifələrinə təyin edilməsi prosesi müşahidə olundu.

Gününsəsi.info-nun YAP-dakı mənbələrdən əldə etdiyi məlumata görə, hakim partiyanın sonuncu qurultayı ərəfəsində bu istiqamətdə dəyişiklik baş verib.

Belə ki, bir sıra nazirlər və yüksək vəzifəli dövlət məmurları Yeni Azərbaycan Partiyasına üzv qəbul ediliblər.

Gününsəsi.info həmin şəxslərin siyahısını əldə edib.

YAP-a yeni üzv qəbul edilən nazirlər:

1. Emin Əmrullayev – elm və təhsil naziri;
2. Pərviz Şahbazov – energetika naziri;
3. Fərid Qayıbov – gənclər və idman naziri;
4. Mikayıl Cabbarov – iqtisadiyyat naziri;
5. Məcnun Məmmədov – kənd təsərrüfatı naziri;
6. Adil Kərimli – mədəniyyət naziri;
7. Vüqar Mustafayev – müdafiə sənayesi naziri;
8. Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri.

Elmar

Gününsəsi.info