Əfqanıstanda terror aktı – 3 ölü, 41 yaralı

  • Müəllif: admin
  • 25 Avqust 2020 15:23

Əfqanıstanın şimalındakı Bəlx əyalətində bomba yüklü avtomobilin partladılması nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasına görə, terrorçular Belh rayon mərkəzini hədəf alıb. Partlayışın şiddətindən ətrafdakı binalara ciddi ziyan dəyib. Ölənlərin sayının artacağı gözlənilir.

“Taliban” partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

 

Gununsesi.info