Belarus Prezidenti Aleksandr Lukaşenkonun əsas narahatlığı ölkə iqtisadiyyatının fəaliyyətidir.
Gununsesi.info “RİA Novosti”yə istinadən bildirir ki, bunu siyasətçinin özü deyib.
“Mən həmişə demişəm və bir daha xatırlatmaq istəyirəm ki, bizim əsas məsələmiz, bizim əsas problemimiz, narahatlığımız – iqtisadiyyatdır. İqtisadiyyat varsa, demək, qalan hər şey olacaq, iqtisadiyyat yoxdursa, onda nə ideologiyaya, nə təhlükəsizliyə, ölkədəki sabitliyə və s. ümid olmaq lazım deyil”, – Lukaşenko Minskdəki iclasda deyib.
Prezidentin sözlərinə görə, son zamanlar iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün az iş görülməyib.
Gununsesi.info











