Ronaldu kuryoz hadisə nəticəsində zədələnib

  • By admin
  • 05 Sentyabr 2020 19:31

İtaliya “Yuventus”unun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu kuryoz hadisə ilə üzləşib.

Gununsesi.info “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun barmağını arı sancıb.

Bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş məlumat verib. O, bildirib ki, forvardın müalicəsi davam etdiyi üçün bu gün UEFA Millətlər Liqasında Xorvatiya ilə oyunu buraxacaq.

Qeyd edək ki, A Liqasının III qrupunda olacaq Portuqaliya – Xorvatiya oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

 

Gununsesi.info