Rusiyalı gənc buraxılmadığı gecə klubunu yandırdı – VİDEO

  • Müəllif: admin
  • 28 İyun 2021 09:42

Rusiyanın Artyom şəhərində gecə klubunda yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, müvafiq video “Komsomolskaya pravda” nəşrinin “Telegram” kanalında yayımlanıb.

Görüntülərdə yerli sakinin gecə klubuna daxil olmaq cəhdləri əks olunub. İstədiyinə çata bilməyən gənc klubun kəndarına benzin tökərək ona od vurub.

Hazırda yerli polis və klubun sahibi cinayətkarı axtarır.