Nazir işdən çıxardığı DYP rəisinə VƏZİFƏ VERDİ

  • Müəllif: admin
  • 28 İyun 2021 12:23

Daxili İşlər Nazirliyində kadr təyinatı olub.

Gununsesi.info bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.