Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı

  • Müəllif: admin
  • 24 Aprel 2023 11:22

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.

Gununsesi.info Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.

Hazırda bölmədə yoxlamalar davam etdirilir.

Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.

Gununsesi.info