XİN başçıları ilə görüşün tarixi razılaşdırılır – Səfir

  • Müəllif: Günel
  • 30 Avqust 2024 12:18

Hazırda “3+3” regional platformasına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində növbəti görüşün tarixi razılaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu açıqlamanı RİA “Novosti”yə müsahibəsi zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib.

O həmçinin Ermənistanın Qərb ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığının bu dövlət üçün yaxşı heç nə vəd etmədiyini açıqlayıb.

Rusiyalı diplomatın sözlərinə görə, Cənubi Qafqazdakı problemlər kənar müdaxilə olmadan region ölkələrinin bilavasitə iştirakı ilə həll olunmalıdır.

Qeyd edək ki, sözü gedən platformaya Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə daxildir.

Gununsesi.info