Deputat Əli Məsimli Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasını iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, yeni qurumun əsas məqsədi iqtisadi əlaqələri sistemli və institusional müstəviyə keçirmək, özəl sektor arasında birbaşa əməkdaşlığı genişləndirmək, Almaniya kapitallı və texnologiyalı şirkətlərin Azərbaycandakı layihələrdə iştirakını artırmaq, eyni zamanda Azərbaycan məhsullarının Almaniya və Avropa bazarlarına çıxışını genişləndirməkdir.
Əli Məsimlinin sözlərinə görə, Biznes Şurası yeni investisiya layihələrinin müəyyənləşdirilməsi, sənaye kooperasiyasının inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm platformaya çevrilə bilər.
Deputat vurğulayıb ki, alman texnologiyalarının və investisiyalarının cəlb olunması qeyri-neft sektorunun inkişafına, sənayenin modernləşdirilməsinə, rəqəmsal transformasiyaya və iqtisadiyyatın şaxələndirilməsinə əlavə təkan verəcək.
Elmar












