Əli Məsimli: Azərbaycan-Almaniya münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur

  • Müəllif: Orxan
  • 22 İyul 2026 18:32

Deputat Əli Məsimli Azərbaycan ilə Almaniya arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, onu  sözlərinə görə, iyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts tərəfindən imzalanan “İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik haqqında Birgə Bəyannamə” iki ölkə arasında uzunmüddətli institusional əsaslara söykənən strateji tərəfdaşlığın formalaşmasına xidmət edir.

Əli Məsimli qeyd edib ki, sənəddə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət bir daha təsdiqlənir, eyni zamanda siyasi, iqtisadi, təhlükəsizlik, təhsil, elm, mədəniyyət, yaşıl enerji və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Deputatın fikrincə, bu sənəd Azərbaycanın Avropa İttifaqındakı siyasi mövqeyini və beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Elmar

Gununsesi.info