Ankarada zəlzələ baş verib

  • Müəllif: Firuzə
  • 11 Avqust 2025 10:17

Avqustun 11-də səhər Türkiyənin paytaxtı Ankarada zəlzələ baş verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ölkənin Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

Seysmoloqların məlumatına görə, 3.2 bal gücündə yeraltı təkanlar Etimesqut rayonunda, 4.68 km dərinlikdə qeydə alınıb.

Çankaya bölgəsində, dövlət televiziyasının binasına yaxın yerləşən bəzi binaların sakinləri yeraltı titrəmələri hiss ediblər.