Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB

  • Müəllif: admin
  • 15 Sentyabr 2025 09:09

Prezident  Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarla hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib.

 

Gununsesi.info-nun xəbərinə görə, İsa Əzizov bu dəfə “See Breeze” İstirahət Mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İza Əzizov cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq)  maddəsi ilə təqsirli bilinir.

 

Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov  2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o,  Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa cağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi.

Qeyd edək ki, əvvəllər İsa Əzizovun  Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da soradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur.

 

 

 

Elmar

Gununsesi.info