ABŞ Rusiya siyasətçiləri və iş adamlarına qarşı yeni sanksiyalar tətbiq edir

  • By admin
  • 03 Mart 2022 23:54

ABŞ Rusiya prezidentinin sözçüsü Dmitri Peskov və rusiyalı yeddi iri iş adamına qarşı sanksiyalar tətbiq edir.

Sanksiya siyahısına Nikolay Tokarev, Boris və Arkadi Rotenberq, Sergey Çemezov, İqor Şuvalov, Yevgeni Priqojin və Əlişir Usmanov daxil edilib.

Peskov və Usmanov istisna olmaqla, bütün hallarda siyahıdakı şəxslərin ən yaxın qohumları da sanksiyalara məruz qalıb.

“Bu gün Dövlət Departamenti bəzi rus oliqarxlarına, onların ailə üzvlərinə və yaxın adamlarına vizaların verilməsinə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiya siyasətini elan edəcək. Bu oliqarxların Rusiyanın sabitliyi pozan xarici siyasətini istiqamətləndirdiyi, maliyyələşdirdiyi, əhəmiyyətli dərəcədə dəstək verdiyi məlumdur”, – Ağ Evin bəyanatında deyilir.

Qeyd olunur ki, “yeni siyasətdə ilk addım kimi” ABŞ Rusiya Federasiyasının 19 iş adamına, o cümlədən onların qohumları da daxil olmaqla daha 47 nəfərə qarşı viza məhdudiyyəti tətbiq edir.

Gununsesi.info