“Açıqlama diqqətimizi çəkdi” - PESKOV

  • By admin
  • 25 Fevral 2022 15:11

“Kiyevin Moskva ilə diaqloqlara hazır olması barədə bəyanatı müsbət dinamikadır”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunuRusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, yeni bəyanatdır. Açıqlama diqqətimizi çəkdi. İndi biz bunu təhlil edəcəyik”.- o, bildirib.

Lakin D.Peskov V.Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüşün olacağı sualını şərh etməyib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin sülhə hazır olduğunu demişdi.

 

 

Gununsesi.info