Ağ Ev Ukraynaya müasir silahlar göndərəcək

  • By admin
  • 27 İyun 2022 09:32

CNN Pentaqonun yaxın günlərdə Ukraynaya hava hücumlarına qarşı müdafiə sistemlərini göndərəciyini elan edəcəyindən xəbər tutub.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, Co Bayden administrasiyasının Kiyevə orta və uzaqmənzilli raketlərdən savayı, digər silah növləri ilə bağlı hərbi yardım planlarını açıqlayacağı gözlənilir.

ABŞ prezidenti Cozef Bayden bir qədər əvvəl demişdi ki, Vaşinqton Kiyevə “daha müasir raket sistemləri və sürsatları” göndərməyi planlaşdırır.

CNN xatırladır ki, Ukrayna hələ iki ay əvvəl Birləşmiş Ştatlardan NASAMS zenit-raket kompleksinin verilməsini xahiş edibmiş. Telekanalın informasiya mənbəyi bu yeni sistemin hərbi yardımın növbəti paketinə daxil edilə biləcəyini açıqlamayıb.

Gununsesi.info