Aktau hava limanı işini dayandırdı

  • By admin
  • 05 Yanvar 2022 18:52

Qazaxıstanın Manqistau vilayətinin regional mərkəzi olan Aktau şəhər hava limanı ölkədəki vəziyyət fonunda işləmir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Air Astana” məlumat yayıb.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 19-dək Manqistau vilayətində fövqəladə vəziyyət elan edib ki, bu da komendant saatı və giriş-çıxışa məhdudiyyətlər nəzərdə tutur.

 

 

Gununsesi.info