Alimlər koronavirusa YENİDƏN YOLUXMA səbəblərini açıqladı

  • By admin
  • 05 Fevral 2021 11:10

Həkimlər bu qənaətə gəlib ki, koronavirusa yenidən yoluxma halları immunitetin azalması fonunda və ya orqanizmdə patogenin yenidən aktivləşməsi nəticəsində baş verir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat nəticələri “BMJ Case Reports” jurnalında dərc edilib. Bir insanın yenidən kovid xəstəliyinə tutulması halları olduqca nadirdir, bu səbəbdən də alimlər həqiqətən xəstəliyin təkrarlanması və ya virusun uzun müddət mövcud olması ilə əlaqəli birmənalı bir nəticəyə gəlməmişdi. Yale Universiteti Tibb Fakültəsi mütəxəssisləri 40 yaşındakı bir kişinin ilk yoluxmadan dörd ay sonra yenidən virusa yoluxma səbəblərini araşdırıb.

Xəstə ilk dəfə xəstəxanaya 2020-ci ilin aprelində müraciət edib. Nəfəs almaqda çətinlik çəkib, eyni zamanda şəkərli diabeti, tiroid funksiyası çatışmazlığı olub. Müalicə zamanı xəstədə ağırlaşmalar baş verib, mədə qanaması, sətəlcəm və böyrək çatışmazlığı ortaya çıxıb. Müalicələrdən sonra kişi sağalıb və evə buraxılıb.

Lakin onda dörd ay sonra yenidən koronavirus aşkarlanıb və boğulma hücumları başlayıb, bununla da yenidən klinikaya yerləşdirilib. İkinci dəfə xəstəlik daha yüngül keçib və bir həftə sonra xəstə evə buraxılıb.

Tədqiqatçılar xəstədə iki ayrı infeksiya yoluxması olduğunu, ikincisini isə artıq köçürülmüş koronavirusdan sonra qazanılmış immunitet fonunda daha asan keçirdiyi qənaətinə gəlib.

Gununsesi.info