Amerikalı senatorlar Bəxtiyar Hacıyevə azadlıq istədi  - FOTO

  • By admin
  • 14 Fevral 2023 13:57

ABŞ senatorları hazırda həbsdə aclıq aksiyası keçirən siyasi fəal Bəxtiyar Hacıyevə azadlıq tələb edib.

Gununsesi.info bildirir ki, senator Dic Durbin bu barədə sosial şəbəkə hesabında yazıb.

“Mən inanıram ki, Azərbaycanın gələcəyi demokratiyalar cəmiyyətində olmalıdır, lakin fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır. Azərbaycan Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir”.

Başqa bir Senat üzvü Ben Cardin isə deyib:
“Mən Azərbaycan hökumətini dekabrdan haqsız yerə şərlənərək həbsdə olan fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıram. Biz insan hüquqlarını pozmağa çalışanların hamısını cavablandıra bilərik və edəcəyik”.

Mətləb
Gununsesi.info