2023-cü ildə 15 milyon 689 min 258 xarici turisti qəbul edərək bütün zamanların rekordunu qıran Antalyada sektor nümayəndələri 2024-cü ildə yeni bir rekord qırmaq üçün işlərə başlayıb.
Gununsesi.info xəbər verir ki, dünyanın əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalya davamlı turizmi, dənizi, qumu, günəşi, tarixi və turistik binaları, lüks obyektləri və təbii gözəllikləri ilə hər il milyonlarla turistə ev sahibliyi edir.
Ziyarət edən qonaq sayında bütün zamanların rekordunun qırıldığı il olan 2019-cu ildə 15 milyon 280 min 763 xarici turistdən bu il daha çox çox turistin qeydə alındığı şəhər, qış mövsümündə də turistləri qəbul edir.
Sektor nümayəndələri müxtəlif ölkələrdə keçirilən turizm yarmarkalarında iştirak edərək, mühüm tədbirlər təşkil edib tanıtım işlərini artıraraq 2024-cü ili daha aktiv bir il hədəfləyirlər.
Türkiyə Turizm Təşviq və İnkişaf Agentliyi (TGA) 200 ölkədə tanıtım fəaliyyətlərini davam etdirir.
Aralıq dənizi Turistik Otelciler və Operatorlar Dərnəyinin prezidenti Kaan Kavaloğlu Yeni il tətili zamanı Antalyada açıq otellərin 90 faiz doluluğa çatdığını və daha çox İngiltərə, Almaniya, Rusiya və Benilüks ölkələrindən turistləri cəlb etdiklərini vurğulayıb.
Mövsümə sürətlə başladıqlarını bildirən Kavaloğlu, bu il turist sayında 16 milyonu keçməyi hədəflədiklərini söyləyib. Gecəlik yerləşdirmə qiymətlərini 85 dollardan 100 dollara qaldırdıqlarını vurğulayan Kavaloğlu bunları deyib:
“2023-cü ildə turizm gəlirlərində də rekord qırıldı. Turizmdən əldə edilən gəlirdə hədəfimiz çox qısa müddətdə rəqibimiz olan Fransa və İspaniya kimi gündə 120 dollar əldə etməkdir. 2028-ci il üçün hədəfimiz 90 milyon turist və 100 milyard dollar turizm gəliridir. Bu hədəfə uyğun addımlar atırıq. Bunun üçün çox ciddi işlər görülür.
2024-cü il turizm mövsümünün keçən ildən çox yaxşı olmasını gözləyirik. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, İsrail-Fələstin arasındakı gərginlik turizmə mənfi təsir göstərir. Bütün bunlara baxmayaraq, 2023-cü ildə, Cümhiriyyətin 100-cü ildönümündə əldə etdiyimiz uğur çox qürurverici və möhtəşəm bir performansdır. 2024-cü ilin daha yaxşı keçməsi üçün sektor olaraq işə başladıq”.