Arayik vasitəçiliyini təklif etdi: “Əks halda məğlubiyyətimiz dərinləşəcək”

  • By admin
  • 25 Fevral 2021 15:34

Qarabağdakı erməni separatçılarının başçısı Arayik Harutyunyan Ermənistanda qarşı duran hökumət və orduya dialoq üçün öz vasitəçiliyini təklif edib.

Gununsesi.info bildirir ki, bu barədə A.Harutyunyan Facebook səhifəsində yazıb.

O, tərəfləri Ermənistandakı daxili siyasi böhrandan narahatlığını ifadə edərək, hakimiyyəti və müxalifəti sakit və sağlam olmağa çağırıb.

Bildirib ki, Ermənistandakı siyasi böhrandan çıxmaq üçün vasitəçilik missiyasına hazırdır: “Bütün tərəflərə soyuqqanlı və ağlı başında olmağı məsləhət görürəm, əks halda məğlubiyyətimiz daha da dərinləşəcək və daha da ölümcül hala gələcəkdir. Yetər, nə qədər qan tökdük, indi böhranı yumşaltmaq və uzunmüddətli inkişaf və möhkəmlənmə yolu ilə getmək vaxtıdır”.

Gununsesi.info