Argentinada təyyarə qəzası - ÖLƏNLƏR VAR

  • By admin
  • 25 Sentyabr 2021 09:53

Argentinanın paytaxtı Buenos-Ayresdə kiçikhəcmli təyyarə qəzaya uğrayıb.

Gununsesi.info yerli mediaya istinadən xəbər verir ki, hadisənəticəsində təyyarədə olan 2 nəfər ölüb.

Bildirilir ki, təyyarə təyyarə aerokluba məxsus olub və hava idmanı ilə məşğul olan şəxslərin istifadəsində olub. Magistral yolun yaxınlığına düşərək partlayan təyyarənin hansı səbəbdən qəzaya uğraması araşdırılır.

Gununsesi.info