Astara və Sumqayıtın məhkəmə zallarında kameralar söndürülür - Vəkil danışır

  • By admin
  • 31 May 2023 13:36

“Astara və Sumqayıt prokurorluğunun qanunsuz və əsassız qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət vermişəm. Vəsatət vermişəm ki, məhkəmə iclaslarının audio və video yazıların aparılsın. Amma bunda maraqlı olmayan hakim vəsatəti təmin etmədi. Səbəb olaraq texniki vasitələrin işlənməməsini göstərdi”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil
Ramil Rüstəmov deyib.

“Mən bildirdim ki, problem varsa, özüm həll edərəm. Yetər ki, vəsatəti təmin edin. Yenə də nəzərə alınmadı. Heyf, bu məhkəmə zallarına xalqın büdcəsindən xərclənən milyonlara. Məhkəmə və hüquq sistemi işləməyən ölkədə təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələr işləməz”.

Elmar
Gununsesi.info