Avropa İttifaqından Ermənistanla bağlı açıqlama

  • By admin
  • 26 Fevral 2021 15:17

Avropa İttifaqı Xarici Siyasət və Təhlükəsizlik xidməti Ermənistanda baş verən hadisələrlə bağlı bəyanat verib.

Bu barədə Gununsesi.info-ya Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev özünün facebook səhifəsində məlumat verib.

Bəyanatda deyilir ki, “Avropa İttifaqı Ermənistnda baş verənləri yaxından izləyir. Biz bütün tərəfləri təmkinli olmağa çağırır və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən və ritorikadan çəkinməyə çağırırıq. Siyasi fikir ayrılıqları sülh yolu ilə və parliament demokratiyası prinsiplərinə və proseslərinə müvafiq olaraq həll olunmalıdır. Ermənistan Konstitusiyasına görə, silahlı qüvvələr siyasi məsələlərdə neytral mövqe tutmalı və vətəndaş cəmiyyətinin nəzarəti altında olmalıdır. Ermənistanın üzləşdiyi problemlərin öhdəsindən gələ bilməsi üçün yeganə yol demokratik və konstitusion qaydalara riayət etməkdir”.

Gununsesi.info