Avropa Şurası Türkiyəni siyasi məhbusları azad etməyə çağırır

  • By admin
  • 31 May 2023 14:11

“Prezident seçkilərinin ikinci turu aşkar qalibiyyətlə nəticələndi. Buna baxmayaraq, bu ikinci tur da bir çox cəhətdən demokratik seçkilərin keçirilməsi üçün şərait yaratmayan şəraitdə baş tutub”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyədə keçirlən prezident seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe deyib.

AŞ PA rəsmisi bildirib ki, jurnalistlərin və bloqqerlərin məhkəmələri və həbsləri ikinci turdan əvvəl davam edib və bu ifadə azadlığını daha da məhdudlaşdırıb. “Bir çox yayımçılar kampaniyanın qərəzsiz işıqlandırılması və iki prezidentliyə namizəd üçün bərabər imkanların təmin edilməsi ilə bağlı qanuni öhdəliyi yerinə yetirməyiblər, ictimai yayımçı isə hazırkı prezidentə əhəmiyyətli dərəcədə üstünlük verib və çoxsaylı özəl media orqanlarında oxşar qərəzli münasibət qeyd olunub”.

Şvabe, həmçinin Türkiyə prezidenti seçilən Ərdoğana da səslənib: “Türkiyə indi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməli və ilk növbədə Osman Kavala və Səlahəddin Dəmirtaşı azad etməlidir”.

 

Tərcümə:

Günel